RU

"Google Axtarış"ın süni intellekt görüntü generatoru sizə məhsulları xəyal etməyə və real versiyaları əldə etməyə imkan verəcək

"Search Generative Experiment" mənasını verən SGE, istifadəçilərin "Google Axtarış"da generativ AI-dən istifadə etməsi üçünüçün bir yoldur. İndi "Google" istifadəçilərə xəyallarında qurduqları hədiyyələri tapmaqda kömək etmək üçün SGE-ni alış-veriş alətində tətbiq edəcək.

MediaPost xəbər verir ki, siz almaq istədiyiniz bir şeyi SGE-ə yazaraq, təsvir etdiyiniz məhsulun görüntüsünü əldə edə biləcəksiniz. SGE sizə oxşar modellər təlif edəcək. "Google"  SGE-ni işə saldıqdan sonra şirkət onun canlılığını və faydalılığını ölçmək üçün müntəzəm olaraq daha çox funksiya əlavə edir. Alış-veriş üçün generativ süni intellektdən istifadə "Google" və "Microsoft" kimi şirkətlərin diqqət yetirdiyi sahədir.

"Google Axtarış" artıq axtardığınız məhsulları və məlumatları tapmaqda kifayət qədər bacarıqlıdır. Lakin SGE aləti "çox xüsusi bir baxışı olan" istifadəçilər üçün xüsusilə faydalı olmaq üçün nəzərdə tutulmuşdur. Yeni funksiya dekabr ayından etibarən "Google" proqramında ABŞ-da Android və iOS üçün istifadəyə veriləcək.

Leyla Rüstəmova

Xəbərlər departamenti

Избранный
747
36
mediapost.az

10Источники