RU

Ötən günün cinayət xronikası

Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. O cümlədən, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Qeyd edək ki, cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Избранный
418
34
bakivaxti.az

10Источники