Gürcüstanın 3+3 platforması ilə bağlı mövqeyi birmənalıdır, ölkə bu formatda iştirak etməyib, etmir və etməyəcək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin İctimai kanalının efirində deyib.
O, Gürcüstanın qonşu ölkələrlə - Türkiyə, Azərbaycan və Ermənistanla ikitərəfli formatlarda çox yaxşı münasibətlərinin və əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.