RU

Türkiyənin ABŞ-a mebel ixracı 20 faizdən çox artıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin ABŞ-a mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 faiz artaraq, 216,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 34,6 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 32,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 4 milyard 504 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına mebel ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,6 faiz artaraq, 707 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 7 milyard 897 milyon dollar məbləğində mebel ixrac edib

Избранный
301
11
turkic.world

10Источники