"Boeing Starliner" ekipajının amerikalı astronavtları Barri Uilmor və Sunita Uillyams Beynəlxalq Kosmik Stansiyadan Yerə yalnız 2025-ci ilin fevralında qayıdacaq.
 
 Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu NASA-nın rəhbəri Bill Nelson deyib.
 
 Onun sözlərinə görə, kosmik gəminin özü ekipajsız geri qaytarılacaq, lakin bunun tarixi hələ məlum deyil.
 
 Müəllif: Teleqraf.com