RU

Türkiyənin Çinə tekstil məhsulları ixracı 70 milyon dolları ötüb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Çinə tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artaraq, 73,6 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Çinə 8,1 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 18,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq, 5 milyard 418 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 799 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 15,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 9 milyard 473 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib

Избранный
228
33
turkic.world

10Источники