RU

Türkiyənin Rusiyaya sement ixracı 49 milyon dolları ötüb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Rusiyaya sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq, 49,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Rusiyaya 9,1 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,6 faiz azalaraq, 2,5 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 390 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 4,1 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023 – iyul 2024) Türkiyə 4,4 milyard dollar məbləğində sement məhsulları ixrac edib.

Избранный
236
14
turkic.world

10Источники