RU

Türkiyənin ABŞ-a kimyəvi məhsul ixracı 1 milyard dollara yaxınlaşıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin ABŞ-a kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq, 986,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə ABŞ-a 133,7 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 39,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyənin 2024-cü ilin yanvar-iyul aylarında kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 18 milyard 420 milyon dolları ötüb.

“2024-cü ilin iyul ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 19,4 faiz artaraq, 2 milyard 596 milyon dollara bərabər olub”, – deyə məlumatda qeyd edilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 32 milyard 88 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Избранный
206
41
turkic.world

10Источники