Futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün maraqla gözlənilən oyunlarından biri “Real Madrid” ilə “Valensiya” arasında olub.
Oyunda “Kral klubu” rəqibini 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Beləliklə, bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran Karlo Ancelottinin yetirmələri ikinci pillədəki mövqelərini qoruyublar. “Valensiya” isə 18 xalla 9-cu pillədə qərarlaşıb.