EN

Faktiki hava açıqlanıb

Avqustun 12-si saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı: Qrız, Gədəbəydə 10 mm, Oğuz, Balakəndə 7 mm, Qax, Şahdağ, Qusarda 6 mm, Daşkəsən, Sədərəkdə 4 mm, Xaltan, Göygöldə 3 mm, Şəki, Quba, Şərurda 2 mm, Naftalan, Qəbələ, Zaqatala, Şabran, Tərtər, Yevlaxda 1 mm-dək olub.

Əvvəlcədən verildiyi kimi şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Daşkəsən, Lerik, Balakən, Qrız, Şahdağda duman müşahidə olunub.

Chosen
320
49
demokrat.az

10Sources