Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.
Avtosfer.az xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.
Maşın sudan çıxarılsa da, A.Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
(report)