EN

Qəzza zolağında üç günlük humanitar fasilə..?

Mərkəzi Kəşfiyyat İdarəsi, İsrailin xarici kəşfiyyat xidməti “Mossad” və Qətər rəsmiləri Qəzza zolağında üç günlük humanitar fasilənin mümkünlüyünü müzakirə edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə“Financial Times” xəbər verir.

Nəşrin məlumatına görə, tərəflər belə bir fasilənin köməyi ilə 20-yə qədər HƏMAS girovunu azad etməyə və Fələstin anklavına daha çox humanitar yardım çatdırmağa ümid edirlər.

Hesabatda deyilir ki, ABŞ və İsrail kəşfiyyat rəhbərləri cümə axşamı Qətərdə 20-yə qədər girovun azad edilməsinə, eləcə dəblokadada olan Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasına imkan verəcək potensial humanitar fasilə planları üzərində işləyirdilər.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının liderlərindən biri Usamə Həmdan İsrailin baş naziri Binyamin Netanyahunun ikili vətəndaşlığı olan girovların azad edilməsinə mane olduğunu bildirib. Onun sözlərinə görə, qrup məhbusları azad etməyə hazır idi, lakin İsrail Nazirlər Kabinetinin rəhbəri bütün təklifləri rədd edib.

O, həmçinin girovların azad edilməsiniişğala qarşı uzunmüddətli mübarizənin döyüşlərindən biriadlandırıb.

Qeyd edək ki, bundan əvvəl HƏMAS İsrail nümayəndələrinə humanitar atəşkəs müqabilində 15-ə qədər girovu azad etməyi təklif etmişdi. Bu müddət ərzində hərəkat Qəzza zolağının sakinləri üçün yardımın təşkilini planlaşdırırdı.

Deyilənlərə görə, mübadilə üçün təklif olunan girovlar arasında ABŞ vətəndaşları da ola bilər.

Ağasəf Babayev

Chosen
825
26
sia.az

10Sources