EN

Ermənistan daha bir təlimdə iştirakdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək "Qarşılıqlı fəaliyyət-2024" təlimində iştirakdan imtina edib.

News365.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024" təlimlərində də iştirakdan imtina edib.


Chosen
83
22
news365.az

10Sources