EN

Rusiyalı diplomat Latviya XİN-ə çağırıldı

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı müvəqqəti işlər vəkili Oleq Zıkovu Rusiya təyyarəsinin ölkənin hava məkanını pozması şübhəsi ilə əlaqədar çağırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Krisyanis Karins məlumat verib.

“Dünən müəyyən edilib ki, Rusiya təyyarəsi Latviyanın hava məkanını pozub. Bu gün Rusiya səfirliyinin rəhbəri Latviya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib”, – deyə nazir bildirib.

Chosen
554
4
konkret.az

10Sources