EN

Masallı sakini tüfənglə özünə xəsarət yetirdi

Noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Xəbərə görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Bizim.Media
 

Chosen
502
13
bizim.media

10Sources