EN

Masallı sakini tüfənglə özünə xəsarət yetirdi

Masallı rayonu Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, noyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Chosen
493
13
publika.az

10Sources