EN

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasının zəruriliyi ilə razılaşıb

İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımın çatdırılmasının davam etdirilməli olduğu ilə razılaşır.

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu ABC telekanlına müsahibəsində deyib.

"Biz humanitar yardım göstərməliyik. Biz bunu amerikalı dostlarımız və ABŞ prezidenti Co Baydenlə koordinasiya edirik".

Netanyahu əlavə edib ki, HAMAS-a İsrailin əsgərlərini təhlükəyə atmağa imkan verilmir.

Netanyahu həmçinin İranın müharibədə mümkün iştirakı ilə bağlı bunları deyib:

"Düşünürəm ki, onlar başa düşdülər ki, müharibəyə əhəmiyyətli şəkildə girsələr, cavab çox-çox güclü olacaq. Ümid edirəm ki, bu səhvə yol verməzlər".

Baş nazir bildirib ki, Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra bir müddət Qəzza zolağında təhlükəsizliyə cavabdeh İsrail olacaq.

Chosen
1172
26
apa.az

10Sources