ABŞ-ın Arkanzas və Montana ştatlarından onlarla kovboy və fermerdən ibarət qrup kənd təsərrüfatına yardım etmək üçün İsrailə gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə keçmiş İsraili diplomatı Ben-David Twitter hesabında yazıb.
O bildirib ki, gələnlərin heç biri milliyyətcə yəhudi deyil.
Məlumatda o da qeyd olunub ki, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan İsrailin cənubunda bir çox təsərrüfatlara ciddi ziyan dəyib və orada çalışan minlərlə tailandlı miqrantlar ölkələrinə qayıdıblar.

Nilay, BakuPost