EN

“Gələn il pensiyaların 11 % artırılması mümkün olacaq”

“Gələn il pensiyaların orta hesabla 11 % artırılması mümkün olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Sədr bildirib ki, növbəti ildən yaşa görə pensiyanın orta məbləği 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləği cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə 454 manata yüksəlməsi proqnozlaşdırılır.

Zaur Mirzə

Chosen
404
16
qafqazinfo.az

10Sources