İsrailin özünümüdafiə hüququ və öhdəliyi var.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
O, İsrail prezidenti İsaak Hersoqla görüşdə deyib: “Biz qəti şəkildə bu fikirdəyik ki, İsrailin özünü müdafiə etmək və 7 oktyabr hadisələrinin təkrarlanmaması üçün lazım olanı etmək yalnız hüququ deyil, həm də öhdəliyi var” .
Blinken radikal HƏMAS hərəkatının əli ilə atəşə tutulan mülki şəxslərin müdafiəsinin vacib olduğunu, çünki onlar silahlıların 7 oktyabr işğalına görə məsuliyyət daşımadıqlarını bildirib.