Bakı. Trend:
Xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin vəkonsulluqların təhlükəsizliyinin gücləndirilməsi üçün dövlətbüdcəsindən müvafiq vəsait nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu Milli Məclisinin Hüquq siyasətivə dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya iləmübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitələrinin birgə iclasında“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu məsələ dövlət başçısınınnəzarətindədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlətbüdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 minmanat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmişxərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 minmanat) məbləğində tərtib edilib.