
“Ermənistanla sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.
Reyting.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
İlham Əliyev hazırda bu məsələdə iki məsələnin açıq qaldığını bildirib:
“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir.
İkincisi, həm Ermənistan, həm də Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.