EN

Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət və iqtisadi tərəfdaşıdı

Bakı. Trend:

Macarıstan Qazaxıstanın Avropa İttifaqında mühüm ticarət vəiqtisadi tərəfdaşıdır.

Trend- TurkicWorld-ə istinadən xəbər verir ki, busözləri Qazaxıstanın Baş naziri Alixan Smailov Macarıstanın Başnaziri Viktor Orbanla görüşü zamanı deyib.

Məlumata əsasən, tərəflər enerji sahəsində əməkdaşlıq, xüsusilədə bərpa olunan enerji mənbələrinin inkişafı, yeni investisiyalayihələrinin həyata keçirilməsi perspektivləri, eləcə də iki ölkəarasında birbaşa hava əlaqəsinin bərpası məsələlərini müzakirəediblər.

Bundan əlavə, Transxəzər beynəlxalq nəqliyyat marşrutununTrans-Avropa nəqliyyat şəbəkəsi ilə əlaqəsinin genişləndirilməsinəxüsusi diqqət yetirilib.

"Astana və Budapeşt arasında investisiya əməkdaşlığı kifayətqədər perspektivli görünür. 2005-ci ildən Macarıstan Qazaxıstaniqtisadiyyatına 300 milyon dollara yaxın birbaşa investisiyayatırıb. Bu rəqəm təkcə 2021-2022-ci illərdə 75 milyon dollartəşkil edib", - deyə A.Smailov əlavə edib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstanarəsmi səfər edib.

Məqalədə:
Chosen
420
50
az.trend.az

10Sources