EN

"Kütləvi zəhərlənməyə səbəb tort olub, zərərçəkənlərdən beşi azyaşlıdır"

Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.

Məlikçobanlı kənd icra nümayəndəsu Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil ediblər.

Onun sözlərinə görə, məclisdə qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.

Şamaxı rayon Mərkəzi xəstəxanasından isə “Report”a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.

Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.

Chosen
425
50
azerforum.com

10Sources