EN

Paytaxtda yeddi ağacın kəsilməsi nəticəsində təbiətə 25 min manatdan çox ziyan dəyib

Paytaxtda

Bakı, 1 noyabr, AZƏRTAC

Paytaxtda yeddi ağacın kəsilməsi faktı aşkarlanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində yeddi ağacın kəsildiyi və təbiətə 25 min 80 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin “Gold Star City” şirkəti tərəfindən aparıldığı məlum olub.

“Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”, - deyə məlumatda bildirilir.

Chosen
521
18
azertag.az

10Sources