Kür çayında batan gənclə bağlı bəzi detallar məlum olub.
Hadisə zamanı Səid Məmmədəliyev tək olmayıb.
Sakinlər bildiriblər ki, hava isti olduğu üçün ərazidə gəzən Səid və dostları sərinləmək məqsədilə Kür çayına atılıblar. Lakin Səid üzməyi bacarmadığından boğulmağa başlayıb, bu zaman yanındakı dostları onu xilas etmək üçün ağac budağı atıblar. Lakin Səidi xilas edə bilməyiblər.
Qeyd edək ki, Səid Məmmədəliyev evin böyük oğludur, onun atası isə yataq xəstəsidir, ailə əslən Zərdabın Gəlmə kəndindəndir.
Mənbə: www.musavat.com
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by
scorpion.az