"Neftçi" klubu yeni transferini açıqlayıb.
Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.
28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi "Kocaelispor" olub.