Nigeriyanın Abia əyalətində 70-dən çox cəsəd tapılıb
Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın cənubundakı Abia əyalətində 70-dən çox cəsəd tapılıb.
Sonxeber.az xəbər verir ki, Vanguard qəzetinin xəbərinə görə Abia qubernatoru Aleks Otti açıqlamasında bildirib ki, əyalətdə adam oğurluğu hallarının artması səbəbindən Umunneochi bölgəsində silahlı dəstə üzvlərinə qarşı basqın təşkil edilib.
Otti bazarın ətrafındakı ərazinin cinayətkarların sığınacağına çevrilməsindən təəssüfləndiyini bildirib və ştatda tam sülh və təhlükəsizlik təmin olunana qədər silahlı dəstə üzvlərinə qarşı mübarizəni davam etdirəcəyini vəd edib.
Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır.
Abia əyaləti son vaxtlar adam oğurluğu hallarının artmasının şahidi olub.
Ərazidə din xadimləri, polis məmurları və digər sakinlər də daxil olmaqla çoxlu insan oğurlanıb.
Oğurlananların bəziləri fidyə ödənildikdən sonra sərbəst buraxılsa da, fidyə ödənilməsinə baxmayaraq bəzilərinin harada olduğu məlum deyil.