Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın cənubundakı Abia əyalətində 70-dən çox cəsəd tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Vanguard" qəzetinin xəbərinə görə, Abia qubernatoru Aleks Otti açıqlamasında bildirib ki, əyalətdə adam oğurluğu hallarının artması səbəbindən Umunneochi bölgəsində silahlı dəstə üzvlərinə qarşı basqın təşkil edilib.
Basqın zamanı şok edici halların göründüyünü qeyd edən Otti: "Umunneochi bölgəsindəki mal-qara bazarının ətrafında 48 saatdan az bir müddətdə 50-dən çox çürümüş cəsəd və 20-dən çox başsız qadın və uşaq cəsədi tapdıq", - deyib.
Otti bazarın ətrafındakı ərazinin cinayətkarların sığınacağına çevrilməsindən təəssüfləndiyini bildirib və ştatda tam sülh və təhlükəsizlik təmin olunana qədər silahlı dəstə üzvlərinə qarşı mübarizəni davam etdirəcəyini vəd edib.
Malik Atilay
Bizi İnstagramda izləyin