“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları açıqlanıb. SİA-nın məlumatına görə, kişi komandalar arasında bu ada İngiltərə çempionu “Mançester Siti” layiq görülüb.“Şəhərlilər” ötən mövsüm, eyni zamanda, Çempionlar Liqasının da qalibi olub.İlin qadın komandası isə İspaniya klubu “Barselona” seçilib.