EN

XİN rəhbəri Türkiyəyə gedəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətər və Türkiyəyə səfər edərək regional məsləhətləşmələrin növbəti mərhələsini keçirəcək.

Yenisabah.az IRNA-ya istinadla əbər verir ki, bu barədə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bəkri məlumat yayıb.

XİN rəhbərinin Qətər və Türkiyədəki görüşləri və müzakirələri Fələstindəki son hadisələrə həsr olunacaq.

Qətərə səfərindən dərhal sonra (oktyabrın 31-dən başlayaraq) Abdullahianın Türkiyəyə gedəcəyi, orada ölkə rəsmiləri ilə görüşəcəyi və Fələstindəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır. 


Telegram kanalımız
Chosen
566
18
yenisabah.az

10Sources