EN

Tovuzda avtomobil traktorla toqquşdu: Xəsarət alanlar var

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, minik avtomobilinin traktorla toqquşması nəticəsində Şəmkir rayon sakinləri, 1992-ci il təvəllüdlü R.Məmmədov, 1982-ci il təvəllüdlü S.Məmmədov və Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü P.Rüstəmov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"

Chosen
102
15
cebheinfo.az

10Sources