
“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Yunanıstanın “Panserraikos” klubuna keçib.Bu barədə klubdan məlumat verilib. 25 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqavilə imzalayıb. Onun sözləşməsi 2026-cı ilədək qüvvədə olacaq.Qeyd edək ki, Quqeşaşvili 2022-ci ildən "Qarabağ"ın uğurları üçün çalışıb.