EN

Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə rəsmi ziyafət verilib

Oktyabrın 29-da Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

News24.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.


Chosen
341
18
news24.az

10Sources