EN

Prezident Pyotr Vitalyeviç Qlıboçkonu təltif etdi

Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçko “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur.

Chosen
392
9
azerforum.com

6Sources