EN

"Qarabağ" reytinqdə 39-cu pillədə qərarlaşıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Spprt24.az xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.
 
"Qarabağ" 191,25 xal 39-cu yerdə qərarlaşıb. Ağdamlılar ötən ayla müqayisədə 14 pillə irəliləyib.
 
"Zirə" 62,25 xalla 361-ci, "Sabah" 60,75 xalla 379-cu, aktivində 59,25 xal olan "Neftçi" isə 397-ci pillədə qərarlaşıb. 
 
Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.

Chosen
185
50
sport24.az

10Sources