Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında söyləyib ki, “halal hotel” sertifikatı almaq üçün hotellər bəzi kriteriyalara cavab verməlidir:

“Bildiyiniz kimi, ölkəmizə gələn turistlərin bir hissəsi müsəlman ölkələrindən gələnlərdir. “Halal hotel” sertifikatı ilə hotellər bu kateqoriya turistlərin tələbatını qarşılaya bilər. Hazırda ölkədə az da olsa “halal hotel” konsepsiyasına uyğun çalışan hotellər var. Əlbəttə ki, burada bəzi kriteriyalara əməl olunmalıdır. Bu, turizm məhsullarının çeşidləndirilməsinə xidmət edir. Belə hotellərdə spirtli içkilər verilmir, namaz qılmaq üçün ayrıca yerlər olur, hər bir otaqda canamaz, qibləni göstərən işarələr, müqəddəs kitab qoyulur. Qidalanmada halallığa xüsusi diqqət olunur, ət və digər ərzaqların halal olması vacib şərtdir. Hazırda ölkədə hotellərdə halallıq sertifikatı yoxdur, amma sahibkarın özündən asılı olaraq bu məqamlar diqqətdə saxlanılır.
Düşünürəm ki, “halal hotel”lərə Azərbaycanda da tələb var, ona görə də bəzi hotellər özünü bu kateqoriyaya aid etməklə və bu prinsplərlə çalışmaqla müştəri məmnuniyyəti qazanır. Dünyada bunun nümunələri çoxdur. Qardaş Türkiyədə, İndoneziyada, Malayziyada halal konseptlə çalışan hotellər var ki, qiymət və keyfiyyətdə heç də digərlərindən geri qalmır. Əksinə, bu cür hotellər daha rahat olur. Qadınlar üçün istirahət guşələri, hovuzlar ayrı olur, hotelin özünün məscidi olur. Bu hotellər təkcə müsəlmanlar üçün nəzərdə tutulmayıb, digər dinlərin nümayəndələri də bu hotelləri seçə bilərlər”.
Törə Zeynallı
Demokrat.az
10Sources
-
news365.azAzərbaycanda “halal hotel“ sertifikatı veriləcək ( 8296559)
-
demokrat.az“Azərbaycanda da “halal hotel”lərə tələbat var”— Halallıq sertifikatı veriləcək ( 8293934)
-
yenigundem.azAzərbaycanda “halal hotel” sertifikatı veriləcək ( 8293004)
-
tribunainfo.azAzərbaycanda “halal hotel” sertifikatı veriləcək ( 8290208)
-
milli.azAzərbaycanda "halal hotel" sertifikatı veriləcək ( 8287082)
-
buta.tvAzərbaycanda "halal otel" sertifikatı veriləcək ( 8285162)
-
axar.azAzərbaycanda "halal otel" sertifikatı veriləcək ( 8284826)
-
sherg.az“Halal hotel” digərlərindən nə ilə fərqlənir? -Turizm ekspertindən açıqlama ( 8284118)
-
hurriyyet.azAzərbaycanda "halal hotel" sertifikatı veriləcək ( 8283878)
-
avtosfer.azAzərbaycanda "halal hotel"sertifikatı veriləcək ( 8283518)