EN

"Qazprom" və SOCAR rəhbərləri əməkdaşlığı müzakirə edib

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Qazprom”un Telegram-kanalı məlumat yayıb.



Bildirilib ki, “Qazprom” SOCAR ilə qaz sektorunda əməkdaşlığı nəzərdən keçirib və Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
"Tərəflər qaz sektorunda şirkətlər arasında əməkdaşlığın cari və gələcək məsələlərini nəzərdən keçiriblər. Xüsusilə Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər", - deyə məlumatda qeyd olunub.

Chosen
312
5
xalqcebhesi.az

10Sources