Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 930 fələstinlini həbs edib.
NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən 608-nin HƏMAS-la əlaqəsi var.
Qeyd edilib ki, son sutka ərzində İsrail qüvvələri axtarışda olan 68-i saxlayıblar, onlardan 58-i HƏMAS-ın aktivisti olub.