EN

İranda sükut günüdür

İranda prezident seçkiləri kampaniyasında sükut günüdür.

Bu gündən prezidentliyə namizədlərin təbliğatı başa çatıb.

İyunun 28-də İranda 14-cü prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər bunlardır: parlament sədri Məhəmmədbağır Qalibaf, Əmir Hüseyn Qazizadə Haşimi, parlament üzvü Məsud Pezeşkian, Tehranın meri Əlirza Zakani, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin təşhülkəsizlik şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib.

Chosen
278
38
azerforum.com

10Sources