EN

Birgə təlimdən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Oktyabrın 23-də Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimlərinin başladığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Türkiyə-Azərbaycan birgə hərbi təlimindən yeni kadrları təqdim edirik:

Chosen
227
50
publika.az

10Sources