Bakı. Trend:
İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətənuğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəkimitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.
Trend xəbər verir ki, bubarədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Məlumata görə, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlıisə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib. Bir nəfər isəpaytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb.
Həmçinin adı açıqlanmayan digər bir nəfərin isə axtarışaverildiyi qeyd edilib.