EN

21 yaşlı Adil ağır qəzaya düşüb: Təcili əməliyyat olunmalıdır - FOTO/VİDEO

21 yaşlı Adil ağır qəzaya düşüb: Təcili əməliyyat olunmalıdır - FOTO/VİDEO

21 yaşlı Adilin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əfsanə Mütəllimova məlumat verib.

O bildirib ki, övladı bir neçə ay öncə ağır avtomobil qəzasına düşüb.

"Adil avqust ayının 22-də ağır qəzaya düşüb. Qəzadan sonra onu dərhal Göyçay Rayon Xəstəxanasına yerləşdiriblər. İki gün orada qalandan sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirdilər. Burada o, bir neçə əməliyyat keçirdi. Adilin dalağını götürüblər, amma digər orqanları zədələndiyinə görə hələ də qanaxması davam edir. Övladımın müalicələrini davam etdirmək üçün artıq imkanımız yoxdur, demək olar, tükənmişik. Hazırda qarşıda keçirməli olduğu üç əməliyyat var. Bunun üçün 10 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 458-95-37.

212121

Chosen
428
22
sonxeber.az

10Sources