EN

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir

2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı “The Coca-Cola” şirkəti aprel ayında "Rospatent"ə ticarət nişanının qeydiyyatı üçün ərizə təqdim edib.

"Cebhe.info" “Vedomosti”yə istinadən xəbər verir ki, təqdim olunan ərizə “Coca-Cola”, “Sprite”, “Power Ade” və “Fanta” brendlərinin yenidən qeydiyyatdan keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra “The Coca-Cola” şirkəti 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırıb, lakin digər ölkələrdən gətirilən “Coca-Cola” içkiləri hələ də mağazalarda satılır.

Chosen
87
1
cebheinfo.az

10Sources