
Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən Nohur gölündə daşma riski yaranıb.
Reyting.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, güclü yağıntılar səbəbindən gölün daşma riski nəzərə alınaraq hazırda Nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri tərəfindən göldə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.