EN

Filippin sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Filippin

Bakı, 13 iyun, AZƏRTAC

Filippin sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 498 min insanın yaşadığı Sarangani şəhərindən 179 km cənub-şərqdə yerləşib.

Zəlzələ ocağının dərinliyi Yerin 33 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Chosen
335
14
azertag.az

10Sources