EN

Hindistanda döyüş təyyarəsi qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-30 MKI" qırıcısı qərbi Maharaştra ştatında qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə Şirasqaon kəndi yaxınlığında əkin sahəsinə düşüb və alovlanıb.

Qəza yerinə polis və təcili yardım xidmətləri gəlib. Pilotlara tibbi yardım göstərilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Chosen
191
15
milli.az

10Sources