İmtahandan keçə bilmədiyinə görə həyatına qəsd edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur. Manset.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sənətçinin özü məlumat verib. Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb: "Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?" Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird bu addımı atıb