EN

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

Gəncə, 3 iyun, AZƏRTAC

Azərbaycan Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, memorandumda tələbələrin istehsalat təcrübələrinin təşkili, məzunların işlə təmin edilməsi, təqaüd proqramının təsis olunması, birgə konfrans, seminar və təlimlərin təşkili və s. məsələlər öz əksini tapıb.

Sənədi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərovla "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədova imzalayıblar.

İmzalanma mərasimindən sonra ATU-nun nümayəndələri və tələbələr müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Chosen
63
7
azertag.az

10Sources