EN

Orban: Ukraynaya yardım Aİ-nin dağılmasına gətirib çıxarır

Macarıstanın baş naziri Viktor Orban NATO-nun Ukraynanın Rusiyadakı hədəflərə zərbə endirmək üçün Qərb silahlarından istifadə etməsinə imkan verəcək təkliflərinə qarşı çıxıb və belə planların Avropanı “məhv olmağa daha da yaxınlaşdırdığını” iddia edib.

Azerforum xəbər verir ki, Macarıstan radiosuna verdiyi açıqlamada Orban Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməkdən imtina etməyəcəyinə dair açıqlamasına və Kiyevin Rusiyadakı hərbi bazalarını qabaqcıl uzaq mənzilli silahlarla vurmasına imkan verən NATO təklifinə də toxunub.

ABŞ və AB liderlərini müharibəyə təhrik etməkdə günahlandıran Orban “Müharibə daim ac bir heyvandır və onu pulla doyurmaq lazımdır. Və mən görürəm ki, amerikalılar, ABŞ-ın Demokratik hökuməti və Avropa İttifaqının liderləri bunu yetişdirməyə hazırdırlar" deyib.

Fatimə
Azerforum.com

Chosen
659
31
azerforum.com

10Sources